Yuxarı

Moskva erməniləri yenidən qızışdırır: Urartu sərgisi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Puşkin adına muzeyi və Ermənistan Tarixi Muzeyi Urartuya həsr olunan sərgi hazırlanmasıyla bağlı danışıqlar aparır.

Axar.az xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdko deyib.

“Moskva müzeyində həddən artıq maraqlı artefaktlar var. Bizim müzeydə çox böyük kolleksiya saxlanılır. Bu sərgi digər ölkələrdə böyük maraq yaradacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Urartu dövləti eradan əvvəl 860-590-cı illərdə mövcud olub. Dövrün ən güclü dövlətlərindən olan Urartunun ərazisi Türkiyənin şərq bölgələri, müasir Ermənistan, Naxçıvan və Güney Azərbaycanın bir hissəsini əhatə edib.

Urartu dövləti ilə bağlı bir çox iddialar mövcuddur. Əsasən rus və erməni tarixçiləri Urartu adını tez-tez ermənilərlə əlaqələndirirlər. Belə ki, onlar erməni etnogenezinin formalaşmasında Urartunun böyük rol oynadığını iddia edirlər. Bununla bərabər Urartu dilinin kürd, fars, zaza, eləcə də ərəb dillərinə də təsir etdiyi qeyd edilir.

Əslində isə Urartu dilinin hürri diliylə daha yaxın olduğuna görə, eyni qola aid edilir. Belə ki, bu dil daha çox Şimali Qafqaz xalqlarının, özəlliklə də çeçen dilinə daha çox bənzəyir. İndiyə qədər bilinən Urartu dilindəki 350 sözdən 169-u məhz çeçen dili ilə uyğunluq təşkil edib. Bununla belə hələlik Urartu ilə Şimali Qafqaz dillərinin qohum olmaları tam sübuta yetirilməyib.

Tarix
2019.06.11 / 15:16
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla