Yuxarı

Trampla Kim Çen III dəfə görüşəcəkmi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampla Kim Çen III dəfə görüşəcəkmi?

ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen İn arasında üçüncü görüş mümkündür və Vaşinqton buna hazırdır.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidentinin müşaviri Con Bolton maliyyə menecerlərinin forumunda deyib.

“Üçüncü sammit tam mümkündür. KXDR buna hazır olan kimi, ABŞ da hazır olacaq”, - deyə Con Bolton bildirib.

Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit 2018-ci il iyulun 12-də Sinqapurda baş tutmuşdu. O vaxt Donald Tramp və Kim Çen İn sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.

2019-cu il fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən ikinci ABŞ-KXDR sammitinin gedişində isə tərəflər sazişə nail ola bilməmişdi. Sammit nəticəsiz başa çatsa da, liderlər dialoqu davam etdirmək barədə razılığa gəlmişdilər.

Tarix
2019.06.11 / 19:46
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla