Yuxarı

Moskvada həbs edilənlərin sayı 200-ü keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:01

Moskvada həbs edilən araşdırmaçı jurnalist İvan Qolunova dəstək aksiyası keçirilib.

Axar.az xəbər verir ki, aksiyanın başlanğıcından etibarən polis həbslərə başlayıb. Aksiya zamanı həmçinin “Meduza” saytının əməkdaşı İlya Jequlev, Andrey Perçev, “MBX media”nın baş redaktoru Veronika Kuçılo da saxlanılıb. Saxlanılanlar arasında bloger Aleksey Navalnı da olub.

“OVD info” həbs edilənlərin sayının 35-ə çatdığını və saxlanılanlar arasında “Meduza”, “Dojd” və “Röyter” əməkdaşlarının olduğunu bildirib.

Qeyd edək ki, Daxili İşlər naziri Vladimir Kolokoltsev ötən gün jurnalistlərə açıqlamasında rusiyalı araşdırmaçı-jurnalist İvan Qolunova qarşı irəli sürülmüş ittihamlar götürüldüyünü və onun azad ediləcəyini bildirmişdi.

***

İvan Qolunova dəstək aksiyasında saxlanılanların sayı 200 nəfəri keçib.

“İnterfaks” agentliyi saxlanılanlar arasında “Meduza”, “Röyter”, “MBX Media”, “Exo Moskva”, “Kommersant”, “Lenta.ru”, “Novaya qazeta”, “Der Şpiqel”in əməkdaşlarının olduğunu yazıb.

Etirazçılara qarşı şəhərin küçələrinə OMON yeridilib. Aksiya iştirakçılarına qarşı güc tətbiq edilib.

Tarix
2019.06.12 / 15:50
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla