Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2019


Mursi öldürülüb... - Sensasion iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin sabiq prezidenti Məhəmməd Mursinin ölümü şübhəlidir.

Axar.az xəbər verir ki, bunu "Yeni Akit" qəzetinə açıqlamasında Yaxın Şərq üzrə türkiyəli ekspert İsmayıl Yaşar deyib. O bildirib ki, Mursi Sisi xuntası tərəfindən şəhid edilib:

"Mursi həqiqətən hər hansı xəstəlik səbəbindən öldü, yoxsa öldürüldümü, dəqiq deyil. Rəsmi açıqlamalarda öldüyü bildirilir, amma ətraflı araşdırma aparılmadan bu açıqlama heç kimi qane etməyəcək. Sisi xuntası onsuz da obyektiv araşdırmaya icazə verməyəcək. Mursinin sağ olması Misir xalqında "bir gün həbsdən çıxacaq və geri dönəcək" ümidlərini yaşadırdı. O, həbsxanadakı şəraitsizlikdən də ölə bilər, Sisi xuntası xalqdakı ümidləri tamamilə məhv etmək üçün də onu öldürmüş ola bilər. Bu, güclü ehtimaldır”.

Ekspert Misirdə üsyanın baş verib-verməyəcəyi ehtimalı barədə də danışıb:

"Hazırda orada üsyan olması gözlənilmir. Misirdə şərtlər fərqlidir. Bu ölkədə müsəlmanlarla yanaşı, qeyri-müsəlman və rejimin tərəfdarları da var. Hərbi xunta 30 faiz dəstəyə sahib olsa da, xaricdən dəstək olmasa, devirmək çətindir. Onsuz da xaricdən dəstəklənən də elə hərbi xuntadır. Müsəlman idarəçilərin də çoxu ya həbsdədir, ya da sürgün edilib. Müsəlmanlar ümumiyyətlə sülhsevərdir. Əgər üsyan olarsa, bu, ancaq iqtisadi böhran və pis idarəetmədən qaynaqlana bilər. Lakin bu məsələ də yaxın gələcəkdə gözlənilmir".

Qeyd edək ki, ötən gün Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmə zalında ölüb.

Xatırladaq ki, 2012-ci ildə vəzifəyə gələn M.Mursi 2013-cü ilin 3 iyulunda Misir Silahlı Qüvvələrinin hərbi çevrilişi nəticəsində devrilmişdi.

Tarix
2019.06.18 / 08:00
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Görüntülü danışdığınız adama toxuna biləcəksiniz - Şok yenilik

Rusiya Qafqazda bu limanın qarşısını alır... – General

Nikoldan diplomatik skandal: özünü rüsvay etdi - Video

Türkiyə Almaniya teraktının təşkilatçısını yaxaladı

Türkiyədə 92 hərbçi barəsində saxlanılma qərarı verildi

İvanişvili AB səfirlərini təcili topladı

ABŞ senatorundan ermənilərə şok: Qətnamə...

Rus döyüşçülərdən dəhşət: əsirin başını kəsib... – Video/23+

Pompeo İran xalqına farsca müraciət etdi: Bizə göndərin

ABŞ-la münasibətlərimizdə sıçrayış olmayacaq - Minsk

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla