Yuxarı

Almaniya şirkəti Rusiyada qiymətləri bahalaşdırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən iri poct-satış şirkətlərindən biri olan Almaniyanın Otto Group konserni rublun məzənnəsinin aşağı düşməsi ilə əlaqədar Rusiyada qiymətləri yenidən nəzərdən keçirmək məcburiyyətindədir.

AzərTAc xəbər verir ki, bu barədə şirkətin Rusiya bölməsinin rəhbəri Martin Şirer məlumat verib.

Onun sözlərinə görə, konsern Rusiyada qiymətləri son aylar artıq ikinci dəfə 10-15 faiz qaldırmağı planlaşdırır. Bundan başqa Otto bu ölkədə, əsasən yeni müştəriləri cəlb etmək sahəsində investisiyaları azaltmaq fikrindədir.

Bununla da mənzil-qərargahı Hamburq şəhərində yerləşən konsern Rusiya bazarında fəaliyyətini genişləndirmək barədə verdiyi bəyanatdan imtina etmək məcburiyyətində qalıb.

Konsernin Rusiya bölməsində 2 minə yaxın işçisi çalışır. Keçən il ticarət dövriyyəsi 550 milyon avro olan şirkətin gəlirinin bu il xeyli azalacağı ehtimal olunur.

Tarix
2014.12.22 / 09:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla