Yuxarı

Pxenyandan qaçan diplomat: Çöküş qaçılmazdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pxenyandan qaçan diplomat: Çöküş qaçılmazdır

Şimali Koreyada hərbi çevriliş imkanları məhduddur.

Axar.az xəbər verir ki, bunu Tokioda jurnalistlərə açıqlamasında 2016-cı ildə ailəsi ilə Cənubi Koreyaya qaçan keçmiş yüksək vəzifəli Şimali Koreya diplomatı Txe Yon Xo deyib.

“Ölkənin hazırkı müdafiə strukturunda hansısa çevrilişə və ya liderin hərbçilər tərəfindən uzaqlaşdırılmasına heç bir imkan yaradılmayıb. Ölkənin unikal hərbi strukturu var və o, müharibə üçün uyğunlaşdırılmayıb. Baş Qərargah silahsızlandırılmış zonada yalnız 600 hərbçiyə nəzarət edə bilər. Şimali Koreya hərbçilərinin heç bir silahı yoxdur, Pxenyanı mühafizə edən hərbçilər isə Şimali Koreya Müdafiə Nazirliyinə tabe deyil. Hərbçilərdən heç kim çevriliş təşkil edə bilməz və yalnız Kim Çen İn ordunun fərqli sektorlarını nəzarətdə saxlaya bilir. Bu ölkədəki rejim daha 10-20 il davam edəcək, amma onun çöküşü qaçılmazdır”, – deyə o bildirib.

Qeyd edək ki, Txe Yon Xo Şimali Koreyanın Londondakı Səfirliyində müşavir olaraq çalışıb.

Tarix
2019.06.20 / 10:09
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla