Yuxarı

“Google”un səhmlərində fantastik artım

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Google”un səhmlərində fantastik artım

Amerikan axtarış sistemi "Google"un birjadakı səhmləri ilk dəfə min dollardan çox olub. Şirkət tarixin ən yüksək hissə dəyərinə çatıb.

"Axar.az"ın "CNNtürk"ə istinadən verdiyi xəbərə görə, cümə günü birja açılışında 970 dollar olan "Google"un səhmləri, yüzdə 13.8-lik artımla 1011.4 dollara çıxıb.

"Google"dakı böyük artım digər internet şirkətlərinə də təsir edib. "Facebook" sosial şəbəkəsi yüzdə 4.4-lük artım əldə edib, "Amazon"un səhmlərində isə yüzdə 3.4-lük artım yaşanıb. 2004-cü ildə səhmlərinin qiyməti 85 dollar, bazar dəyəri də 23 milyard dollar olan "Google"un bu günki dəyəri 334 milyard dollara yüksəlsə də, 461 milyard dollarlıq bazar dəyərinə sahib "Apple"dən çox geridə qalır.

C.P.Morqan analitiklər "Google"un bu uğuruyla "onlayn" ödəmələrdə gözlənilən yüzdə 21.5-lik artımın keçildiyini bildirib.

"Apple"dan geri qalır...

Araşdırmaçılar "Google"un uğurunda istehlakçıların mobil cihazları seçməsi, fevral ayında reklamçılara təqdim edilən və mobil cihazlarda satışı asanlaşdıran xidmət, video paylaşma platforması "Youtube" vasitəsiylə əldə edilən reklam gəlirlərinin yüzdə 75-ə çatan artımı, "Chrome" skayneri və "Google Maps" xidmətinin təsiri olduğunu da bildirib.

Tarix
2013.10.19 / 17:59
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla