Yuxarı

Kılıçdaroğludan şok: HDP İmamoğluna səs verəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

HDP ilə ittifaqımız yoxdur. Ancaq HDP-yə səs verənlərin böyük qismi Əkrəm İmamoğluna səs verəcək. AKP elektoratından da ciddi səs gələcək, biz bunu görürük. Özəlliklə mühafizəkar kəsim Əkrəm İmamoğluna səs verəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu 23 iyun İstanbul seçkisi ilə bağlı prosesləri şərh edərkən deyib.

O bildirib ki, Ali Seçki Qurumunun 7 üzvü siyasi müqavimət göstərə bilməyib İstanbul seçkilərinin nəticələrini ləğv etdi: “Kimin səsi ləğv edildi? Vətəndaşın. Ali Seçki Qurumu İstanbul seçkilərinin nəticəsini ləğv edəndə bunu gözləyirdi: CHP üzvləri və tərəfdarları küçələrə axışacaq, polis bibər qazından istifadə edəcək, insanlar öləcək. Sonra da Ərdoğan ortaya çıxıb deyəcək ki, baxın, CHP budur”.

Kamal Kılıçdaroğlu hər bir seçicini seçkiyə getməyə çağırıb: “23 iyun seçkiləri bələdiyyə sədri seçkiləri çərçivəsindən çıxıb. Bu, haqsızlığa məruz qalan vətəndaşın haqqını geri alan seçkidir. Mən milli iradəyə güvənirəm. Demokratiyada son sözü deyən iradədir. Seçkidə böyük fərq gözləyirik”.

CHP sədri fikirlərini Ərdoğana ünvanlamaqla belə davam etdirib: “İmamoğlu həbsə girəcək – bunu demək istəyir. "Ordu valisindən üzr istəməsən, o kresloda əyləşə bilməzsən" deyir. Sən kimsən? Milli iradənin üstündəsənmi? Sənə açdığımız yolda irəliyə gedib, demokratiyanı ortadan götürürsən. Valilər var ki, vətəndaşa öküz deyib. Səsiniz çıxdımı?

Bir vaxtlar Ərdoğanın özü söyləyirdi ki, mənə mehtər ola bilməzsən deyirdilər, amma prezident oldum. Bunun yolunu sənə biz açdıq”.

Tarix
2019.06.20 / 16:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla