Yuxarı

Tiflis etirazlarında İrəvan ssenarisi: Nə baş verir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflis etirazlarında İrəvan ssenarisi:

Bir həftə öncə biz hakimiyyəti ölkə qanunlarını dəfələrlə pozmuş deputat Sergey Qavrilovu Tiflisə buraxmamaq barədə xəbərdar etmişdik.

Axar.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Gürcüstan Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze deyib.

“Bu şəxsi ölkəyə buraxmaq azmış kimi, ona dövlət mühafizəsi də təşkil etdilər. Qəzəbləndirən məqam odur ki, heç kim assambleyanın proqramını, onu haraya gətirəcəklərini və s. bilmirdi. Bütün bunlar hara gəldiyini və bunun arxasında nə dayandığını bilməyən yalnız bir adamla bağlıdır. Bunların antirusiya əhval-ruhiyyəsi ilə bağlılığı yoxdur. Rusiyadan olan turistlər hazırda Tiflisdə rahat hərəkət edirlər”, - deyə o bildirib.

O, hazırda etirazların Gürcüstan hökumətinə qarşı yönəldiyini bildirib.

Vaşadze həmçinin 2008-ci ildən sonra heç bir pravoslav qardaşlığından söhbət edilməməsi gərəkdiyini qeyd edib.

Vaşadze ölkədə baş verən prosesləri dövlətlərarası münasibətlər səviyyətinə hökumətin gətirdiyini deyib:

“Bunları dövlətlərarası münasibətlər səviyyəsinə onlar köçürüblər. Bizim gördüyümüz hər şey özlərini Gürcüstanın siyasi hakimiyyəti adlandıran bu axmaqların fəaliyyətlərinin nəticəsidir...

Mən rusları tanıyıram. Onlar bütün qadağalara rəğmən hökumətə orta barmaq göstərib, deyəcəklər: “Necə yəni qadağan edirsiniz? Prinsipial olaraq Ermənistan, Azərbaycan, İstanbul vasitəsilə uçacağıq”. Rusiyadan ölkəmizə turistlər gəlir, onlar burada məmnuniyyətdən başqa heç nə əldə etmirlər.

Onlar baş verənləri öncə müxalifətin, sonra isə Rusiyanın üzərinə atmaq istəyirdilər. Hansısa formada özlərinin qeyri-peşəkarlığı və idiotizmi ucbatından yaranan biabırçılıqdan qaçmağa çalışırdılar. Sənin qabiliyyətsiz hökumətin olanda həmişə bu cür şeylər baş verir. İstənilən səhv dünyəvi fəlakətə çevrilir”.

O, hazırda Tiflisdə baş verənlərin Ermənistanda baş verən hadisələrin ssenarisi üzrə getdiyini bildirib:

“Heç kim dağılmağı planlaşdırmır və hər şey erməni ssenarisi üzrə gedir. Heç kim dağılmağa hazırlaşmır.

Bu, müxalifətin bütün tələbləri icra edilənə qədər davam edəcək. Bu, vətəndaşla hökumətin qarşıdurmasıdır. Belə qarşıdurmada isə həmişə vətəndaş qalib gəlir”.

Tarix
2019.06.22 / 12:12
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla