Yuxarı

İstanbul uğrunda təkrar savaş: AKP nələr edib?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İstanbul böyükşəhər bələdiyyəsi başqanlığına təkrar seçkilər baş tutacaq. Seçkiləri daha yaxından izləyə bilmək üçün Türkiyədəyəm. Müəyyən sakitliyin hökm sürdüyü meqapolis fırtına öncəsi səssizliyi xatırlatsa da, hər kəsin çox gərgin olduğu aydın nəzərə çarpır.

Bütün şəhəri bürüyən seçki ab-havası 23 iyunun Türkiyə tarixi üçün nə qədər önəm daşıdığını bir daha yada salır.

İstanbul küçələri iki hissəyə bölünüb: bir tərəfdə TBMM-in keçmiş sədri Binəli Yıldırımın olduqca rasional və ümid vəd edən “Nə söz verdiksə, etdik, bir də edərik!’ şüarı, digər tərəfdə isə əllərini ürək formasında tutaraq səmimi poz verən İmamoğlunun romantik ‘Hər şey gözəl olacaq’ şüarı.

Vurğulamalıyam ki, hər iki tərəfin seçki kampaniyası mükəmməl şəkildə hazırlanıb, amma Binəli Yıldırımın kampaniyaya xərclədiyi pulların ən az üç dəfə çox olduğu da ilk baxışdan sezilir.

Pul xərcləmək demişkən, AKP seçkilərdə iştirak etməsi üçün Kayseri, Ankara, Antalya və digər bölgələrdən üç yüz min vətəndaş gətirib və onların bütün yol xərcləri sözügedən partiya tərəfindən ödənilib. AK Parti bu dəfə risk etmək istəmir. Ötən seçkilərdə Prezident Ərdoğanın kürd separatçıları haqda alovlu çıxışları AKP-yə baha başa gəldi. İndi cənab Ərdoğan kürdlərin də səsini qazana bilmək üçün keçən dəfəkindən fərqli olaraq müəyyən qədər korrekt danışır.

Hətta İraq Kürd Muxtariyyətinin sədri seçilən Nəcirvan Bərzanini qonaq etdi. Bununla da kürdlərin könlünü almağa çalışdı.

Cənab Prezidentin buna müvəffəq olub-olmadığı isə bu gün daha dəqiq məlum olacaq.

AKP-nin hazırki əsas siyasəti ötən seçkilərdə iştirak etməyən 1 milyon 700 min - onların dili ilə desək, “küskün seçiciləri” seçkiyə gətirməkdir. Sözügedən partiyanın son zamanlar yürütdüyü siyasi və sosial siyasəti bəyənməyən və partiyadan üz döndərmiş bu seçicilərlə ‘barışıq’ əldə olunarsa, aradakı 13 min səs fərqi asanlıqla aradan qaldırıla bilər. AK Partini narahat edən təkcə bu deyil. Seçkilərin ləğvini İmamoğluna edilən haqsızlıq və demokratiyaya vurulan zərbə kimi qəbul edə biləcək vətəndaşlar var. Hazırda partiya ötən seçkilərdə Binəli Yıldırıma verilən səslərin itirilmədiyindən əmin deyil...

Tarix
2019.06.23 / 00:37
Müəllif
Rəfiqə Məmmədzadə
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla