Axar.az
Yuxarı

Tiflis yeni sistemə keçir: qızğın müzakirələr başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər hökumət hansısa formada birləşmiş müxalifəti parçalayacağını düşünürsə, böyük səhvə yol verir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze deyib. O, müxalifətin proporsional sistemdə seçkiylə əlaqədar vahid mövqenin formalaşdırılması üçün müzakirələrə başladığını bildirib.

Gürcüstanın Respublikaçılar Partiyasının lideri Kordzaiya hökumətin seçkini proporsional qaydada heç bir baryer olmadan keçirmək qərarının ölkədə xaos yaradacağını və hakim partiyaya müxtəlif partiyalardan olan siyasətçiləri rahatlıqla parlamentə daxil etmək imkanı verəcəyini bildirib:

“Nəticədə hökumətin öz müttəfiqlərini parlamentə yerləşdirmək və yenidən parlament çoxluğu yaratmaq imkanı yaranacaq. Hazırda vacib olan bizim dialoqa başlamağımızdır. Cəmiyyət təkbaşına qərar qəbulunu yox, dialoq istəyir. Küçələrdə ağıllı insanlar dayanırlar və onlar başa düşəcəklər ki, İvanişvili bununla nəyə nail olmaq istəyir”.

Avropa Gürcüstanı Partiyası isə proporsional sistemə keçidi böyük qələbə adlandırıb. O, cəmiyyətin hökuməti geriyə addım atmağa məcbur etdiyini bildirib.

Rusiyayönlü Vətənpərvərlər Alyansı Partiyasının lideri İrma İnaşvili də İvanişvilinin qərarını dəstəklədiyini bəyan edib. O, heç kimin partiyalar üçün qoyulan səs baryerinin götürülməsindən qorxmaması gərəkdiyini bildirib.

Gürcüstan Baş naziri Mamuka Baxtadze isə bu qərar sayəsində gələcəkdə Gürcü Arzusunun koalisiya hökuməti yarada biləcəyini deyib. Bununla belə Baxtadze Vahid Milli Hərəkat və ona yaxın olan partiyalarla heç vaxt koalisiyaya getməyəcəklərini deyib. Buna səbəb kimi isə o, Saakaşvilinin partiyasının dövlətə ziyan vurmasını göstərib.

Qeyd edək ki, dünən Gürcü Arzusu Partiyası 2020-ci ildə parlament seçkisinin proporsional sistemdə keçiriləcəyini açıqlayıb. Partiya həmçinin parlamentə düşmək üçün gərəkli olan səs baryerlərinin də ləğv ediləcəyini bəyan edib.

Bu vaxta qədər Gürcüstanda yarı proporsional, yarı majoritar sistem mövcud olub.

Saakaşvili artıq hökumətin qərarını dəstəkləmədiyini və bunun axmaqlıq olduğunu bildirib. O, bu qərarı dəstəkləyənlərin ya axmaq, ya da satqın olduğunu bəyan edib.

Yeni seçki sisteminin hansı formada tətbiq ediləcəyi hələlik bilinmir. Amma bu seçki sistemi Gürcüstanda yaşayan azərbaycanlılar üçün problemlər formalaşdıra bilər. Belə ki, bu seçki sistemi əsasında parlamentdə yer alan azərbaycanlıların sayı azala bilər. Qorxuya əsas səbəb odur ki, ölkə partiyaları əvvəlki ənənələrinə sadiq qalaraq azərbaycanlıları öz namizəd siyahılarına əlavə etməkdən imtina edə və azərbaycanlıların kompakt yaşadığı bölgələrdə əsas üstünlüyü gürcü namizədlərə verə bilərlər.

Tarix
2019.06.25 / 12:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ukrayna sərhədində 100 min rus qoşunu... - Şolts

Le Pen vətəndaş müharibəsinə səbəb olacaq - Darmanen

ABŞ-ın Putini devirmə planı - Özdəmir

Qanlı müharibə: 2040-cı ildə ABŞ-ın dağılması ssenarisi

Putin yeni imperiya qurur - Qərbin "cavabı"...

Conson Rusiyanı bəhanə edir, "diqqəti yayındırır"

Ermənistanın mövcudluğu üçün təhlükə var - Qazinyan

Brüsseldə aksiya: 15 nəfər yaralandı

ABŞ Ukraynaya 80 tonluq silah göndərdi

Çexiyada quş qripi aşkarlandı

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla