Yuxarı

Əbdülqədir Mollanın edamı təxirə salındı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əbdülqədir Mollanın edamı təxirə salındı

Banqladeşdə "Camaat-i İslami"nin lideri Əbdülqədir Mollanın edamının təxirə salındığı bildirilib.

Banqladeş Məhkəməsi "Camaat-i İslami"nin lideri Əbdülqədir Mollanın edamını bu günə təxirə salıb.

Hakim Seyid Mahmud Hüseyn axşam saatlarında edamın təxirə salınması qərarını elan edərkən müdafiə qrupunun lideri vəkil Barristər Əbdürəzzaq da edamın bu günə yerli saatla 10:30-a təxirə salındığını açıqlayıb.

Müdafiənin təxirə salınma qərarının surətini Daqqa Mərkəz Həbsxana rəhbərliyinə təqdim etdiyi bildirilib.

Qeyd edək ki, Banqladeşdə "Camaat-i İslami" partiyasının lideri Əbdülqədir Molla 1971-ci ildəki müstəqillik savaşı əsnasında insanlığa qarşı cinayət törətdiyinə görə edama məhkum edilmişdi.

Dünən günorta saatlarında Əbdülqədir Mollanın gecə edam ediləcəyi açıqlanmışdı.

Tarix
2013.12.11 / 09:41
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla