Yuxarı

Türkiyənin “Patriot” almasına Obama izn vermədi - Tramp

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin “Patriot” almasına Obama izn vermədi - Tramp

09:32

Türkiyə ilə münasibətlərimizdən çox məmnunuq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp Ərdoğanla dostluq əlaqələrinin olduğunu vurğulayıb. ABŞ Prezidenti həmçinin Türkiyəyə səfər etməyi planladığını, lakin hələlik səfər tarixinin dəqiqləşmədiyini bildirib.

Ağ Ev rəhbəri Türkiyəyə “Patriot” komplekslərinin verilməməsinin əsas günahkarının Obama olduğunu da deyib:

“Türkiyənin “Patriot” almasına Obama izn vermədi. Türkiyəyə qarşı ədalətli olmadıq”.

S-400 zenit-raket kompleksləri ətrafında yaranan gərginlikdən danışan Tramp qeyd edib ki, məsələ ilə bağlı fərqli həll yolları ola bilər.

Ərdoğan isə Trampla danışıqların anlamlı keçdiyini vurğulayıb:

“Müdafiə sənayesi sahəsində atacağımız addımlar var. Hər şeydən öncə bizi strateji tərəfdaşlıq birləşdirir. Bu tərəfdaşlıq bir çox sahədə bir-birimizə dəstək verməyə bizi təşviq edir”.

Qeyd edək ki, bundan öncə Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüş 55 dəqiqə davam edib.

Tarix
2019.06.29 / 10:20
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla