Fransa universitetində Bakının siyasətindən danışıldı
23:17
Ana səhifə Planet |
Serbiyanın Baş naziri Aleksandr Vuçiç Azərbaycanın Belqraddakı səfiri Eldar Həsənovu qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Serbiya hökumətinin mətbuat xidməti yayıb.
Müzakirlərin daha çox iki ölkə arasında iqtisadi və siyasi əlaqələr ətrafında aparıldığı bildirilir. Baş nazir Azərbaycana məxsus "Azvert" şirkətinin Liq-Prelina şəhərləri arasında yerləşən "Koridor-11"in tikintisində əsas söz sahibi olduğunu xatırladıb. Üstəlik, nazir bunun Azərbaycanın digər şirkətlərinin də Serbiyaya gəlməsinə zəmanət yaradacağını vurğulayıb.
Səfir Həsənov isə Vuçiçi Azərbaycana səfərə dəvət edib. Tərəflər arasında bundan sonra da Azərbaycan şirkətlərinin Serbiyadakı infrastruktur layihələrində iştirakı haqqında razılıq əldə olunub.
Tarix
2014.12.26 / 08:45
|
Müəllif
İlkin Həsənov
|