Yuxarı

BMT-nin şok hesabatı: Ölənlərin sayı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin hesabatında qeyd olunub ki, dünyada cinayətlər nəticəsində ölənlərin sayı silahlı münaqişə zonalarında həlak olanlardan çoxdur.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, tədqiqatlar təkcə 2017-ci ildə 464 min nəfərin qətllə nəticələnən cinayətlərin qurbanı olduğu bildirilir. Bu, silahlı münaqişələrdə həlak olanların sayından beş dəfə çoxdur.

BMT-nin Narkotiklər və Cinayətlərlə Mübarizə Ofisinin (UNODC) hazırladığı hesabata görə, bu cinayətlərin törədildiyi ən təhlükəli region Mərkəzi Amerikadır. Burada hər 100 min nəfərə 62,1 qətl törədilib.

BMT Qətl Cinayətlərinin Tədqiqi Agentliyinin 2019-cu il üçün hesabatında isə bildirilir ki, qətllərin ən az olduğu təhlükəsiz region Asiya, Avropa və Okeaniyadır. Hər 100 min nəfərə 13 qətl düşən Afrikada vəziyyət Amerikadan yaxşıdır (17 qətl). İnsanların qətlinin beşdəbiri mütəşəkkil cinayətkar qrupların payına düşür. Qeyd olunur ki, bu qrupların pozucu fəaliyyəti ölkələrdə sabitliyi pozur, sosial-iqtisadi inkişafa mane olur və qanunların aliliyini arxa plana keçirir. Bundan başqa, 41 ölkədə aparılan araşdırmalar göstərib ki, qətl törədənlərin əksəriyyəti, habelə onların qurbanlarının çoxu kişilərdir. Qətl qurbanlarının və onları törədənlərin arasında 15-29 yaş arasında olanlar üstünlük təşkil edirlər. Məsələn, Amerikada öldürülənlərin 40 faizi 18-19 yaşlı gənclərdir. Hesabatda korrupsiya, insan alveri və narkotik maddələrin qeyri-leqal dövriyyəsinin də bu cinayətlərin sayını artırdığı vurğulanır.

UNODC-nın tədqiqatları göstərir ki, qətl cinayətlərinin sayı 1992-ci ildəki 400 mindən 2017-ci ildə 460 minə çatıb.

Tarix
2019.07.10 / 01:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla