Yuxarı

Rusiya Gürcüstanda media şəbəkəsi qurub - Şok hesabat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda antiqərb təbliğatı güclənir.

Axar.az xəbər verir ki, bu iddia ilə Media İnkişaf Fondu (MDF) Gürcüstanla bağlı apardığı tədqiqatdan sonra çıxış edib. Məlumata görə, keçən illərlə müqayisədə antiqərb ritorikası həddən artıq artıb, yalan informasiyalardan təbliğat məqsədilə istifadə halları genişlənib.

Fond həmçinin mediada antiqərb dezinformasiyaları yayan yeni onlayn platformaların yaradıldığını bildirib. Digər tərəfdən isə Gürcüstan hökumətinin bu məsələlərə gecikmiş reaksiya verdiyi və cəmiyyəti lazımi şəkildə məlumatlandırmadığı qeyd olunub.

2018-ci ildə Amerika ilə bərabər, identikliyin itkisi təhdidi ilə bağlı məlumatlar da artıb. Eyni tendensiya NATO, Qərb və Britaniya ilə bağlı da müşahidə olunub. Sorosun təşkilatına qarşı məlumatlar isə keçən illərdəki olduğu kimidir. Maraqlısı odur ki, Sorosla bağlı bu məlumatlar 2016-cı ildəki göstəriciləri qəfildən üstələyib.

Fond Qərbin şeytanlaşdırılmasına alternativ olaraq Rusiyanın konstruktiv tərəf, Qərbə alternativ kimi təqdim edildiyini vurğulayıb. Bununla belə mətbuatda konfliktin daha çox Rusiya və Gürcüstan deyil, ABŞ və Rusiya arasında getdiyi, Gürcüstanın maraqlarının isə bunun qurbanı olduğuna işarələr var.

MDF Gürcüstanda antiqərb təbliğatına daha çox Obyektiv TV, “Geworld.ge”, “Asaval-Dasavali”, “Aliya” qəzetlərində, “Sakinform” saytında yer verildiyini bildirib. Maraqlı məqam odur ki, siyahıda yer alan ilk qəzetin naşiri Rusiya Prezidenti Vladimir Putin tərəfindən mükafatlandırılıb. Obyektiv TV-yə gəlincə isə bunun rusiyayönlü Vətənpərvərlər Alyansı Partiyasına aid olduğu iddia olunub.

Tarix
2019.07.10 / 13:37
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla