Yuxarı

Saakaşvili yaşlı qadının qolunu "sındırdı" - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili və onun tərəfdarları Odessanın Malinovski rayon məhkəməsinin binasının qarşısında piket təşkil ediblər. Onlar qarışıqlıq yaradaraq, şəhər meri Gennadi Truxanovun işi üzrə iclasın keçirildiyi zala daxil olmağa cəhd ediblər.

Virtualaz.org xəbər verir ki, keçmiş “Krayan” zavodunun binasının alışına görə bütün ittihamlar sabiq merin üzərindən götürülüb.

Məhkəmənin qarşısında düşmüş dava vaxtı Saakaşvili yaşlı qadını vurub və o yıxılaraq qolunu sındırıb. Qadını xəstəxanaya çatdırıblar. Polis əməkdaşları Saakaşvilini və onun tərəfdarlarını məhkəmə binasından çıxarıblar.

“Bu qadın bizim arxamızca məhkəmədən çıxdı və Truxanovu müdafiə edən şüarlar səsləndirirdi, Truxanovun pul verib tutduğu başqa adamlar kimi bizim Odessanı tərk etməyimizi tələb edirdi və bu zaman iki əlini çox fəal şəkildə yelləyirdi. Qolları sınana heç oxşamırdı”, - Saakaşvili özünün Feysbuk səhifəsində yazıb.

Bildirildiyinə görə, Mixail Saakaşvili çoxdan bəri Truxanovun barışmaz rəqibidir və dəfələrlə şəhər merini korrupsiya hallarında ittiham edib.

Tarix
2019.07.10 / 15:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla