Yuxarı

Babacanın partiyasında kimlər olacaq? - Adlar yayıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından ayrılan Əli Babacan oktyabr ayına qədər özünün yeni partiyasının strukturunun hazırlanması üçün işlər görəcək. Belə ki, partiya bundan öncəki böyük partiyalardan ayrılan kiçik siyasi birliklər kimi qısaömürlü olmağı hədəfləmir.

Axar.az xəbər verir ki, bu məlumatı “Sözcü” qəzeti yayıb. Qəzet yeni partiyanın öz “vitrin”i üçün yeni simalara yer verəcəyini bildirib.

Partiyanın 1983-cü ildə keçmiş Prezident Turqut Özalın Ana Vətən Partiyası üçün (ANAP) seçdiyi modeldən yararlanacağı vurğulanıb. ANAP kimi yeni partiya da öz tərkibində liberal, sosial-demokrat, mühafizəkar və milliyətçiləri cəmləməyi planlaşdırıb.

Babacanın partiyasına nazir və ya digər yüksək vəzifələrdə olduğu dönəmlərdə neqativ təəssürat yaratmış AKP nümayəndələrini qəbul etməyəcəyi qeyd edilib. Bununla belə, yeni partiyanın AKP-dən ayrılan “küskünlər partiyası” görüntüsü yaratmamağa çalışacağı da iddia olunur.

Məqalədə yeni partiyanın əsl hədəfinin parlament daxilində fraksiya yaratmaq olmadığı və bunun üçün də AKP-dən heç bir millət vəkili transferi həyata keçirməyəcəyi vurğulanıb. Bununla belə, AKP-dən narazı olan millət vəkillərinin partiyaya daxil olmasına da heç bir problemin yaradılmayacağı bildirilib.

Partiyanın parlamentdə onları dəstəkləyən deputatların sayının 20-yə çatacağı təqdirdə Türkiyə Böyük Millət Məclisində qrup qurmağa cəhd edəcəyi də iddia edilib. Belə ki, AKP-nin artıq indidən buna qarşı fəaliyyətə başladığı və parlamentdə qrup qurmaq sayının 20 nəfərdən 30-a qaldırılması üçün hazırlıq gördüyü bəyan olunub.

Babacana dəstək verən AKP-nin keçmiş “ağır artilleriyası”nın adları da bəlli olub. Belə ki, siyahıda keçmiş daxili işlər naziri Bəşir Atalay, keçmiş ədliyyə naziri Sadullah Ergin, keçmiş təhsil naziri Hüseyn Çelik (kürd və ərəb əsillidir – red.), keçmiş sənaye və ticarət naziri Nihat Ergünün adları yer alıb.

Tarix
2019.07.10 / 16:11
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla