Yuxarı

Əsəd general Cəmil Həsəni işdən çıxartdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Prezidenti Bəşər Əsəd Suriya kəşfiyyatı və əks-kəşfiyyatının rəhbər şəxslərinin bir qismini vəzifədən azad edib.

Axar.az xəbər verir ki, bu məlumatı “İsrail Defense” saytı yayıb. Belə ki, Əsədin işdən çıxartdığı şəxslər sırasında Hərbi Hava Qüvvələri kəşfiyyatının rəhbəri 66 yaşlı Cəmil Həsən də yer alıb. O, Suriya xüsusi xidmət orqanları arasında bütün vətəndaş müharibəsi ərzində öz vəzifəsini sona qədər qoruyub saxlayan yeganə şəxs olub. Həsənin yerinə onun müavini 60 yaşlı general Asan İsmayıl gətirilib. Onun Əsəd klanına sadiqliyi ilə seçilən hərbçi nəslinin nümayəndəsi olduğu vurğulanıb.

Ümumi Təhlükəsizlik Xidmətinin rəisi isə əslən Hələb çərkəzi olan general Luay Hasam Luka təyin edilib.

Qeyd edək ki, hər iki şəxsə qarşı Amerika sanksiyaları tətbiq olunub.

Tarix
2019.07.10 / 17:14
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla