Yuxarı

Şuşanı işğal edən erməni general öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Şuşanın işğal əməliyyatının qərargah rəisi, 76 yaşlı erməni general-mayor Feliks Qzoğyan ölüb.

Musavat.com xəbər verir ki, Rafael (Feliks) Hovhannes Qzoğyan 1943-cü il yanvarın 15-də, Ermənistanın Loru vilayətinin Şamluğ (Şamlıq - red.) qəsəbəsində anadan olub.

Qzoğyan 1963-cü ildə Daşkənd Ali Tank Komandirləri Məktəbini bitirdikdən sonra SSRİ SQ-nin Zaqafqaziya Hərbi Dairəsinin müxtəlif hərbi hissələrində tank taqım komandiri, tank bölük komandiri, tank tabor komandiri, tank hərbi hissə komandiri və tədris mərkəzinin rəhbəri kimi xidmət edib.

1988-ci ildə Sovet ordusundan tərxis olunub və polkovnik-leytenant rütbəsi ilə Ermənistana göndərilib. Bundan sonra "Yerkrapah" hərbi təşkilatının tərkibinə daxil olub və İcevan "yerkrapahçıları"nın qərargah rəisi kimi sərhəd zonasına gedib. 1990-cı ildə İrəvanda təşkil olunmuş Xüsusi Alay komandirinin müavini (qərargah rəisi) təyin olunub. Daha sonra Goranboy rayonunda təxribatçı əməliyyatlarının sistemləşdirilməsi üçün Şahen Meğryanla birlikdə bölgəyə göndərilib. Erkəç, Buzluq, Mənəşli kəndlərinin işğal əməliyyatlarına rəhbərlik edib.

Qzoğyan 1991-ci ildə Ermənistanın Müdafiə Komitəsinin yaradılması işində iştirak edib və bundan sonra Qarabağa göndərilib. 1992-ci ilin fevralında separatçı qüvvələrin "qərargah rəisi" təyin olunub. 1992-ci il ilin 17 oktyabrından 1993-cü ilin 11 martına qədər cənub-şərq istiqamətinin komandiri təyin olunub.

Tarix
2019.07.11 / 19:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla