Yuxarı

NATO gizli şəkildə Əfqanıstandan getdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əl Cəzirə"nin xəbərində deyilir ki, bazar günü NATO Əfqanıstandakı 13 illik mövcudluğuna rəsmən son verib. Bu münasibətlə paytaxt Kabildə tədbir keçirilib.

"Musavat.com"un məlumatına görə, NATO öz tədbirini gizli şəkildə həyata keçirməli olub. Əcnəbi hərbçilər Talibanın hücumundan ehtiyat etdiklərinə görə tədbir təntənədən uzaq olub.

Bundan sonra ABŞ-ın rəhbərlik etdiyi İSAF adlı hərbi qrup Əfqanıstanda hərbi təlimlər keçəcək və orduya dəstək verəcək.

"Ə Cəzirə" telekanalı bildirir ki, NATO ilə Əfqanıstan arasındakı rəsmi münasibətlər bununla da başa çatır.

Bu il Əfqanıstanda xüsusilə itkilər çox olub. Belə ki, ölkə 4.600 nəfər əsgər və polis itirib.

Qeyd olunur ki, bununla belə, Əfqanıstanda 12.500 əcnəbi hərbçi qalacaq. Onlar birbaşa döyüşlərdə iştirak etməyəcəklər. Ancaq yerli orduya hər cür yardım göstərəcəklər.

2011-ci ildə isə Əfqanıstanda olan əcnəbi hərbçilərin sayı 130 min nəfər idi. Onlar 50 ölkəni təmsil edirdilər.
Bundan sonra isə 350 minlik Əfqanıstan ordusu bütün məsuliyyəti öz üzərinə götürməli olacaq.

Televiziyanın şərhçisi qeyd edib ki, sadə əfqanlar NATO-nun gedişindən narahatdır. Onlar qorxurlar ki, ölkədə siyasi stabillik yenidən təhlükə altına düşə bilər. Talibanın fəallaşması da sadə insanlar tərəfindən xoş qarşılanmır.

Tarix
2014.12.28 / 20:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla