Yuxarı

Sel azərbaycanlıların kəndində fəsadlar törətdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Marneuli rayonunda azərbaycanlıların yaşağıdı Kirəc Muğanlı kəndinə güclü seldən ciddi ziyan dəyib.

Report xəbər verir ki, son günlər yağan aramsız yağışlar nəticəsində kəndin yolları, əkin sahələri və yaşayış evlərinin zirzəmiləri su altında qalıb.

Kənd sakinləri bildiriblər ki, selin yaratdığı fəsadlarla hər il üzləşirlər. Onların sözlərinə görə, buna səbəb kəndin drenaj sisteminin yararsız olmasıdır. Sakinlər bu məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem bu günə qədər həll olunmamış qalır.

Kəndə cəlb olunan xüsusi texnika yolları artıq təmizləyib. Sakinlər evlərin həyətlərinin də təmizlənməsini tələb edirlər.

Marneuli rayonunun rəhbəri Zaur Darğallı Kirəc Muğanlı kəndinə baş çəkərək, təbii fəlakətin yaratdığı problemlərlə tanış olub.

O, bildirib ki, güclü selin fəsadlarının aradan qaldırılması üçün əlavə köməyin göstərilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunub.

Tarix
2019.07.14 / 19:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla