Yuxarı

Türkiyə Gürcüstanı bu cür işğal edir – Diplomatdan şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Türkiyənin iqtisadi və demoqrafik ekspansiyası nəticəsində faktiki olaraq Acariyanı itirib.

Axar.az xəbər verir ki, bunu eks-prezident Eduard Şevardnadzenin yaxın adamlarından olan keçmiş diplomat Hamlet Çipaşvili Rusiyanın Federal Xəbərlər Agentliyinə müsahibəsində deyib.

“Türkiyə faktiki olaraq həm dini, həm də iqtisadi baxımdan bizdən Acariyanı alıb. Acariyada çoxdan Türkiyə hökumətinin birbaşa maliyyələşdirdiyi onlarla fərqli müsəlman təşkilatı fəaliyyət göstərir. Bu siyasətin əsas məqsədi maksimal sayda yerli əhalini islama cəlb etməkdir. Bu təşkilatların nümayəndələri Acariyadan Türkiyə mədrəsələrində təhsil üçün yüzlərlə gənci götürürlər və onlar daha sonra öz vətənlərinə qayıdaraq, aktiv şəkildə islamı təbliğ edirlər. Bu, Osmanlı imperiyasının bərpa edilməsi strategiyalarından biridir”, – deyə o bildirib.

Çipaşvili artıq Acariyada 60 min Türkiyə vətəndaşının həm Gürcüstan, həm də Türkiyə vətəndaşlığını daşıdığını deyib:

“Acariyada insanlar artıq doğma dillərində danışmaqdan qorxurlar, çünki muxtar respublikadakı biznesi əllərində saxlayan türklərin bu xoşuna gəlmir. Türk ekspansiyası təkcə Acariyada yox, Tiflisdə də müşahidə edilir. Bütün Gürcüstan ucuz türk mallarıyla doldurulub. Türkiyə Gürcüstanı iqtisadi baxımdan işğal edib”.

Eks-diplomat həmçinin hökumətin “türk işğalı”ndan danışmaq yerinə Rusiya aqressiyasına müraciət etməyə üstünlük verdiyini bildirib.

ABŞ-ın eks-diplomatı Maykl Karpenterin Tiflisdəki hadisələrdən üç gün əvvəl gəldiyini deyən Çipaşvili onu Gürcüstana Mixail Saakaşvilinin anasının dəvət etdiyini qeyd edib:

“Saakaşvilinin anası – Qiuli Alasaniya Gürcüstanın bir neçə universitetində rektor və prorektor kimi çalışıb. O, hər zaman türklərin qardaşımız olduğunu və onların gürcü tarixində yazıldığı kimi qorxulu olmadığını deyib. Saakaşvili türklərin qardaş olduğunu, ən təhlükəli düşmənimizin isə Rusiya olduğunu bildirib. Mixo anasının evdə dediklərini sadəcə təkrarlayır. Alasaniyanın Türkiyədə ciddi biznes maraqları var və bunun üçün də o, Türkiyəni ölkəmizdə təbliğ edir”.

Tarix
2019.07.15 / 11:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla