Yuxarı

Türkiyə Aralıqda qaz yatağı tapdı - Sensasion iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan mətbuatında yer alan "Türkiyə Kiprdə qaz tapdı" iddiası qismən təsdiqlənib.

Axar.az Avropa.info-ya istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətindən olan yüksək səviyyəli diplomatik mənbə "Türkiyənin bir şeylər tapdığı doğrudur" deyib.

Ankara ilə Brüssel arasında Kipr məsələsində yaşanan gərginliyin yüksəldiyi bir dövrdə Türkiyəyə məxsus qazma gəmilərinin Şərqi Aralıq dənizində qaz ehtiyatı kəşf etdiyi iddiası ortaya atılıb. İlk olaraq, yunan mətbuatı tərəfindən ortaya atılan iddianı Şimali Kipr mediasına danışan adı çəkilməyən rəsmilərdən biri dolayı olaraq təsdiqləyib.

İddianı ilk olaraq ortaya atan yunan qəzeti "Fileleftheros" Türkiyənin "Fateh" qazma gəmisinin 170 milyard kubmetr qaz ehtiyatı kəşf etdiyini yazmışdı. Şimali Kipr mətbuatında bu gün sözügedən iddianın doğru ola biləcəyi haqda məlumatlar yayılıb.

"Kipr Postası" qəzetinə danışan yüksək səviyyəli diplomatik mənbə ilkin informasiyalara görə, bu məlumatların doğru ola biləcəyini deyib. Mənbə bu barədə rəsmi açıqlamanın Türkiyədən veriləcəyini əlavə edib.

Səlahiyyətli Şimali Kiprin Türkiyəyə kəşfiyyat qazıntı işlərində lisenziya verdiyini də bildirib.

Tarix
2019.07.15 / 23:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla