Ana səhifə Planet |
Kremlin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Talibanın Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) bölgədən çıxmasından sonra hökumət qüvvələrinə qarşı hücuma keçəcəyini və paytaxt Kabilə zərbə endirəcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, Kabulov Əfqanıstanda qış fəslində hava şəraitinin əlverişsiz olduğunu nəzərə alan terrorçuların yeni hücuma hazırlaşdığı xəbərdarlığını edib:
"Talibanın güc və vəsait konsentrasiyası etdiyinə dair əlimizdə faktlar var. Yaz aylarında Taliban hücuma keçəcək. Pasto qəsəbəsində Talibanın güclü mövqeyi var. Bu yolla terrorçular Kabilə gedən bütün yollara nəzarət edə bilər. Onlar hücuma keçmək istəsə, şəhər işğal olunacaq. Ancaq bunu indi gözləmirik. Hazırda Kabilə ticarət məhsulları gətirən insanları qorxutmaq istəmirik. Hücum vaxtını təyin etməyə çalışırıq".
Talibanın son dövrlərdə yalnız ölkənin cənub-şərqində deyil, Kabil ətrafında də güclənməyə başladığını deyən rus rəsmisi bir müddətdən sonra vəziyyətin nəzarətdən çıxacağını bildirib:
"Onlar əvvəl şəhərə şərq və cənub-şərq bölgəsindən hücum edərək yollara nəzarət edirdi. Amma indi şimaldan da təhlükə yaranıb".
İraq və Suriyada aktiv olan İŞİD-in Əfqanıstanla yaxından maraqlandığını deyən Kabulov təşkilatın 100-dən çox üzvünün bölgəyə göndərildiyini bildirib:
"Burada yeni bir təhlükə ortaya çıxıb. Əlimizdə olan məlumatlara görə, 100-dən artıq İŞİD terrorçusu təşkilat rəhbərliyi tərəfindən Əfqanıstana göndərilib. İŞİD-in təsiri altında Taliban taktikanı dəyişərək daha radikal mövqedən çıxış edə bilər. Mən minlərlə terrorçunun getdiyini söyləmirəm. Ancaq əfqanlar onların ideologiyası və bayrağı altında mübarizə aparacaq".
Bundan başqa, Kreml nümayəndəsi ölkəsinin terrorla mübarizə çərçivəsində rəsmi Kabilə kömək əli uzatmayacağını vurğulayıb:
"Biz Əfqanıstana əsgər göndərməyəcəyik. Bu Rusiyanın maraqları baxımından əks reaksiyalara səbəb ola bilər. Rusiya niyə əsgər göndərsin? Region xalqı öyrədilər və öz vətənlərini müdafiə edər. Bu, ən optimal həll yoludur".
Tarix
2014.12.29 / 22:09
|
Müəllif
Şəmsəddin Ənsar
|