Yuxarı

Ərbildə türk diplomat öldürüldü - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:20

İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbil şəhərində yerləşən restoranlardan birinə hücum edilib.

Axar.az xəbər verir ki, hücum zamanı restoranda Türkiyə konsulluğunun əməkdaşları da olub.

“Rudav”ın məlumatına görə, hücum zamanı restoranda olan Türkiyənin Ərbildəki baş konsulunun müavini Hakan Qaraçay dünyasını dəyişib.

“Röyter”in məlumatında isə 3 türk diplomatın dünyasını dəyişdiyi qeyd olunub.

"Anadolu" agentliyinin məlumatına görə isə hücum zamanı bir konsulluq əməkdaşı ölüb, ikisi isə yaralanıb.

***

Türkiyə Xarici İşlər Nazirliyi də bir diplomatın şəhid olduğunu, ikisinin isə yaralandığını açıqlayıb.

Bildirilib ki, hücum edilənlərin qısa müddətdə tapılması üçün İraq rəhbərliyi ilə əlaqə yaradılıb.

Hücumun gerçəkləşdiyi restoranın sahibi mülki geyimli və üzərində iki silah olan şəxsin Türkiyə Konsulluğunda çalışanları hədəf aldığını açıqlayıb.

Ərbil Polis İdarəsinin rəisi Abdulxaliq Tələt olayla bağlı araşdırma başladığını, detallı açıqlamanın veriləcəyini bildirib.

Qaçan şəxs və ya şəxslərin saxlanması üçün Ərbildən digər şəhərlər gedən bütün yollar bağlanıb.

***

İraq Xarici İşlər Nazirliyi bu gün Ərbildə Türkiyə Baş Konsulluğunda çalışan bir diplomatın öldürülməsinə səbəb olan silahlı hücuma münasibət bildirib.

XİN rəsmisi Əhməd Səhhaf hadisənin təfərrüatını üzə çıxarmaq üçün iki ölkənin rəsmi qurumlarının birgə fəaliyyətdə olduğunu bəyan edib.

Tarix
2019.07.17 / 20:56
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla