Yuxarı

Amerikalılar Obama və Klintona heyrandır – Sorğu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika cəmiyyətində daha çox ehtiram göstərilən şəxslər ABŞ Prezidenti Barak Obama və eks-dövlət katibi Hillari Klintondur.

Axar.az RİA Novosti-yə istinadən bildirir ki, ABŞ-ın "Gallup" İctimai Fikir institutu dekabrın əvvəllərində keçirdiyi sorğunun nəticələrinə əsasən bu qərara gəlib.

Qeyd edilir ki, Obama son 7, Hillari Klinton isə 13 ildir ki, bu sorğuda ilk yerləri tuturlar. Klinton 1993-cü ildən bu yana 19 dəfə birinci yeri tutub.

"Ən çox eşitdikləri, oxuduqları və heyran olduları qadın" sualına respondentlərin 12%-i Hillari Klinton cavabını verib. İkinci yerdə məşhur teleaparıcı Opra Uinfri (8%), üçüncü yerdə isə pakistanlı hüquq mühafizəçisi Məlalə Yusufzay (5%) gəlir.

Ən çox ehtiram göstərilən müasirlərin onluğuna həmçinin ABŞ-ın keçmiş dövlət katibi Kondoliz Rays, ABŞ-ın birinci xanımı Mişel Obama, aktrisa Ancelina Coli, Alyaskanın eks-qubernatoru Sara Peylin, Kembric hersoginyası Keyt Middlton, ABŞ senatoru Elizabet Uorren və oğul Corc Buşun xanımı Lora Buş daxildir.
Kişilərə gəlincə isə amerikalılar hamıdan daha çox Barak Obamaya heyrandırlar – onun adını sorğuya cəlb olunanların 19%-i çəkib. İkinci yeri Roma Papası Fransisk (6%), növbəti sıranı isə ABŞ-ın eks-prezidenti Bill Klinton (3%) tutur.

Tarix
2014.12.30 / 00:46
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla