Yuxarı

Pentaqona ağır zərbə: Türkiyə bu sahədə liderdir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin S-400 sistemləri almasına görə F-35 layihəsindən çıxarılması üçün prosesin başlandığını açıqlayıb. Pentaqonun açıqlamasında yer alan bir məqam diqqət çəkib. Açıqlamada Türkiyənin proqramdan çıxarılması ilə ABŞ-ın da milyonlarla dollar zərər görəcəyi qeyd olunub.

Axar.az xəbər verir ki, bu barədə türk mediası Türkiyənin proqramdan çıxarılmasının ABŞ-a 500-600 milyon dollar zərər vuracağını yazıb.

“Türkiyə bu qərarına görə iş imkanlarını və iqtisadi fürsətləri itirəcək. F-35 proqramı ilə bağlı 9 milyard dollarlıq bir itki olacaq. Türkiyə NATO-nun yaxın müttəfiqi olmağa davam edir və hərbi əməkdaşlığımız güclüdür. Türkiyə ilə çoxşaxəli əməkdaşlığımız F-35 ortaqlığının da sərhədlərini aşır. Türkiyənin proqramdan çıxarılması 500-600 milyon dollara başa gələcək. Hazırda Türkiyənin proqramdan çıxarılması ilə meydana gələcək detal əskikliyini doldurmağa köklənmişik”, - ABŞ-dan bildirilib.

“Yeni Akıt”ın məlumatına görə, Türkiyədə F-35 proqramı çərçivəsində 937 adda detal istehsal olunur. Bu detallar Türkiyənin qabaqcıl təyyarə, kosmik və müdafiə sənaye obyektlərində istehsal edilir.

“Bu detallar hər nə qədər xaricdən təmin edilə bilsə də, Türkiyə bu bazarda tək və lider mövqedədir”, - nəşr yazıb.

Tarix
2019.07.18 / 14:15
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla