Yuxarı

Rustavi-2 məğlub oldu: TV İvanişviliyə verilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İnsan Haqları Məhkəməsi Rustavi-2 telekanalı işi ilə bağlı Gürcüstan məhkəmələrinin qəbul etdiyi qərarlarda heç bir pozuntu aşkarlamayıb.

Axar.az xəbər verir ki, bu məlumatı “İmedi” televiziyası yayıb.

Gürcüstan Ədliyyə naziri Teya Çulukiani Avropa Məhkəməsinin Rustavi-2 ilə bağlı qərarını dövlətin tam qələbəsi adlandırıb.

Qeyd edək ki, Rustavi-2 2017-ci ildə Gürcüstan Ali Məhkəməsinin iki aşağı instansiya məhkəməsinin televiziyanın bütün səhmlərinin “Panorama” şirkətinin sahibi, biznesmen Kibar Xalvaşiyə verilməsiylə bağlı qərarını qüvvədə saxlamasından sonra Avropa Məhkəməsinə müraciət edib.

2004-2012-ci illər arasında Rustavi-2 televiziyası 20 dəfə rəhbər dəyişikliyinə məruz qalıb. Bu televiziya indiyə qədər Saakaşvilinin Gürcüstandakı sonuncu dayaqlarından biri hesab edilirdi. Müxalifət və televiziya rəhbərliyi Rustavi-2 telekanalı ilə bağlı məhkəmə prosesini keçmiş Baş nazir Bidzina İvanişvilinin təşkil etdiyini iddia edir. Onların fikrincə, İvanişvili televiziyanı Xalvaşiyə verməklə öz nəzarəti altına almağı və ölkədəki sonuncu azad televiziyanı məhv etməyi planlaşdırır.

Tarix
2019.07.18 / 14:29
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla