Yuxarı

Paşinyan: Güzəşt olmayacaq, güc tətbiq edəcəyik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökumətə qarşı bütün qanunsuz tələbləri diktə etmək cəhdlərinin qarşısı ən sərt formada alınacaq.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İcevanda polislə vətəndaşlar arasında qarşıdurma yaranması və 13 nəfərin yaralanması barədə danışarkən deyib.

“Heç bir qanunsuz kompromis olmayacaq və bunu hamının bilməsi vacibdir. Bu vəzifəni hüquq-mühafizə orqanları qarşısında dəqiq şəkildə qoyuram. Heç kim hökumətlə şantaj dilində danışmaq haqqına sahib deyil”, – deyə o bildirib.

Ermənistan Polisinin rəhbəri Valeri Osipyan isə dünən İcevanda baş verən aksiyada 500-600 nəfərin iştirak etdiyini deyib. O, etirazçıların polisin tələbinə tabe olmadığını söyləyib:

“Heç nədən asılı olmayaraq, biz hər kəsin polisiyik və hər kəsin yanında yer alırıq, amma bəzi insanlar var ki, səbrimizi zəiflik kimi qəbul etməyə cəhd edirlər. Bəli, Ermənistan qanunvericiliyində göstərildiyi kimi, polis güc tətbiq etdi və tətbiq etməyə davam edəcək”.

Qeyd edək ki, dünən İcevanda taxta-şalban sexlərinin əməkdaşları etiraz aksiyası təşkil edib, Gürcüstana gedən yolu qapadıblar. Etirazçılar hökumətdən meşələrdə ağac kəsilməsinə qoyulan qadağanın ləğvini tələb ediblər. Nəticədə polislə toqquşma yaranıb və 13 nəfər yaralanıb.

Tarix
2019.07.18 / 15:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kəndər qaytarıldı, Zakir Həsənov rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla