Yuxarı

Gürcülər Rusiyanı təhdid sayır, Bakını isə... – Sorğu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan əhalisinin əsas problemi işsizlikdir.

Axar.az xəbər verir ki, bu nəticə Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, bu fikri əhalinin 73%-i dəstəkləyib. Gürcülərin 40%-i son bir il ərzində maliyyə vəziyyətlərinin dəyişmədiyini, 49%-i isə daha da pisləşdiyini bildirib.

Gürcülərin 1%-i hələ də Rusiya aqressiyasının ölkələrinə qarşı davam etdiyinə inandıqlarını deyib. 17% bu aqressiyanın bitdiyini, amma hər an yenilənə biləcəyini, 5% aqressiyanın yenilənməsi təhdidinə inanmadığını söyləyib. Bununla belə, 46% Rusiya ilə dialoqun aparılmasını dəstəklədiyini vurğulayıb. Moskva ilə bütün əlaqələrin tam kəsilməsinə ümumilikdə 12% respondent tərəfdar olub.

Yeni sorğuda Rusiya əvvəlki kimi Gürcüstana qarşı siyasi və iqtisadi təhdid yaradan ölkə seçilib. Rusiyanı siyasi təhdid kimi respondentlərin 79%-i, iqtisadi təhdid kimi isə 57%-i gördüyünü bildirib. Rusiyadan sonrakı yerlərdə Türkiyə 11% və 7%-lə, Azərbaycan 6% və 4%-lə qərarlaşıb.

Gürcüstan ən vacib siyasi tərəfdaş kimi gürcülər ABŞ-ı gördüklərini bildiriblər. Respondentlərin 50%-i bu fikri dəstəkləyib. Ondan sonrakı yerdə AB (47%)və Ukrayna (29%) qərarlaşıb. Siyahıda sonrakı yerdə Azərbaycan (9%), Türkiyə (8%) və Ermənistan (7%) dayanıb. Cəmi 5% respondent Rusiyanın ölkələrinin vacib siyasi tərəfdaşı ola biləcəyini bildirib.

İqtisadi tərəfdaşlıq məsələsinə gəlincə isə burada 39%-lə Avropa Birliyi liderlik edib. Onu ABŞ (33%) və Türkiyə (19%) izləyib. Rusiyanı vacib iqtisadi tərəfdaş olaraq respondentlərin cəmi 7%-i dəstəkləyib. Azərbaycan isə siyahıda Ukraynadan sonra beşinci yeri (13%) tutub.

Gürcüstanın münasibətlərinin yaxşı olduğu ölkələr sırasına gürcülərə görə, Ukrayna (90%) başçılıq edir. Ondan sonrakı yerlərdə isə ABŞ (87%), AB (87%), Türkiyə (72%), Ermənistan (66%), Çin (58%), Azərbaycan (56%) və İran (45%) dayanıb.

Gürcülər həmçinin ölkədə ən çox kilsəyə (89%) və orduya (87%) güvəndiklərini deyiblər. Siyahıda sonrakı yerləri KİV (70%), polis (52%), yerli hakimiyyət orqanları (48%), təhsil sistemi (40%), parlament (37%), Nazirlər Kabineti (34%), MSK (34%), baş nazir (33%), prezident (33%), qubernatorlar (27%), siyasi partiyalar (26%), prokurorluq (25%), Mərkəzi Bank (25%), məhkəmələr (23%), həmkarlar ittifaqları (18%) bölüşüb.

Tarix
2019.07.19 / 18:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

NK kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla