Yuxarı

Avstriyada dəhşətli təyyarə qəzası: ölənlər var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avstriyada dəhşətli təyyarə qəzası: ölənlər var

Avstriyanın Tirol federal əyaləti ilə Bavariyanın sərhədində kiçik təyyarə qəzaya uğrayıb. Polislərin verdiyi məlumata görə, qəza nəticəsində üç nəfər ölüb. Hadisə yerinə yaxınlaşa bilmək üçün əraziyə xüsusi xilasetmə qüvvəsi cəlb olunub. Qəzanın səbəbi və həlak olanların şəxsiyyəti məlum deyil.

Axar.az xəbər verir ki, Tirol dispetçer mərkəzinə Vetterştayn rayonunda kiçik bir təyyarənin qəzaya uğraması barədə xəbərdarlıq siqnalı gəlib. Təyyarə qayaya çırpıldıqdan sonra dərhal alovlanıb. Qəza yeri Maylerhütte yaxınlığında dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşir.

Təyyarənin İtaliyadan havaya qalxdığı ehtimal olunur. Həm Avstriya, həm də Almaniya polisi, xilasediciləri və yanğınsöndürmə briqadalarını qəza yerində birgə araşdırmalar aparırlar. Qarmiş-Patenkirxen dağ xilasetmə xidməti təyyarə heyətinin axtarışında iştirak edib.

Almaniya vətəndaşı olduqları güman edilən təyyarə heyətinin bütün üzvlərinin cəsədləri aşkarlanıb.

Tarix
2019.07.19 / 20:34
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla