Yuxarı

İŞİD əsirliyindəki məşhur pilot danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşmasının nəşri sayılan "Dabik" jurnalı ötən həftə terrorçular tərəfindən Rakka yaxınlığında vurulan İordaniya pilotunun açıqlamasını yayıb.

Axar.az xəbər verir ki, 26 yaşlı pilot Muaz Kasiyəşbinin Quantanamo məhbuslarının geyindiyi narıncı geyimdə olan fotosu da yerləşdirilib.

Pilot açıqlamasında təyyarəsinin necə vurulmasından danışıb:

"Mən qəfildən zərbə hiss etdim. Daha sonra əməliyyatda iştirak edən pilot yoldaşlarımdan biri mənimlə əlaqəyə keçərək bildirdi ki, mənim təyyarəmi vurublar və mühərrik yanır".

Təyyarənin idarəetməni itirdiyini görən pilot katapult etmək qərarına gəlib. Fərat çayına düşəndən bir qədər sonra İŞİD terrorçuları tərəfindən əsir götürülüb.

Muaz Kasiyəşbi bildirib ki, onun tapşırığı terrorçuların Hava Hücumundan Müdafiə Sistemlərini məhv etmək və koalisiya qüvvələrinin təyyarələri üçün təhlükəsiz zona yaratmaq olub.

Onun sözlərinə görə, koalisiya təyyarələrinə bütün tapşırıqlar Qətərdəki ABŞ hərbi bazasından verilir.

"Onu nə gözlədiyini bilirmi?" sualına isə pilot, "Hə. Siz məni öldürəcəksiniz" cavabını verib.

Tarix
2014.12.30 / 18:20
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla