Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Avqust 2019


Saakaşvili parlament seçkisindən imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mixail Saakaşvili öz partiyasının – Yeni Qüvvələr Hərəkatının Ukraynada keçiriləcək parlament seçkisində iştirakını dayandırıb.

Axar.az xəbər verir ki, bu məlumatı Saakaşvili öz Feysbuk səhifəsində paylaşıb. Saakaşvili partiyasının tərəfdarlarını Vladimir Zelenskinin partiyasına səs verməyə səsləyib:

“Mənim artıq suallarım peyda olub, amma düşünürəm ki, Prezident Zelenskiyə çoxluğu formalaşdırmaq üçün şans vermək lazımdır. Ona görə də hazırda hər faiz önəmlidir”, - deyə o bildirib.

Saakaşvili partiyasının toplayacağı səslərin Zelenskiyə mane olmasını istəmədiyini deyib.

Qeyd edək ki, Ukraynada parlament seçkisi oktyabrda baş tutacaq. Sonuncu rəy sorğularına əsasən, əhalinin 49,5%-i parlament seçkisində Zelenskinin Xalqın Xidmətçisi Partiyasını dəstəkləməyə hazırdır. Ondan sonrakı yerlərdə Yuri Boykonun Müxalifət Platformu (10,5%), Pyotr Poroşenkonun Avropa Həmrəyliyi (7,7%), Yuliya Timoşenkonun Batkivşina (6,9%) və Svyatoslav Vakarçukun Səs partiyaları (5,9%) qərarlaşıb. Saakaşvilinin partiyası da daxil olmaqla digər partiyaların hər birinin səs faizi isə 5%-dən az olub.

Tarix
2019.07.20 / 13:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

G7-yə görə gərginlik: 68 nəfər saxlanıldı

İtaliyaya uçan təyyarə qəzaya uğradı: ölənlər var

Türkiyə "Pəncə" vurdu: 15 PKK-çı məhv edildi

Türkiyədən bəyanat: Sərt şəkildə qınayırıq

Trampın xanımının bu görüntüsü gündəm oldu - Foto

ABŞ-la savaşda Çini dəstəkləyirik - Zərif

İrəvanda təhlükəsizlik xidmətinin əməkdaşı güllələndi

Təyyarə və helikopter toqquşdu: 5 ölü

Zərifin təyyarəsi G7 sammitində: Gizli səfər?

G7-dən Amazon qərarı: Hazırıq...

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla