Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2019


Honq-Konqda yenidən etirazlar başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Honq-Konqda yenidən hökumət əleyhinə aksiyalar başlayıb.

APA-nın verdiyi məlumata görə, ardıcıl yeddinci həftədir ki, on minlərlə insan küçələrə çıxaraq muxtariyyət hökumətinin Çin yönümlü siyasətinə etirazını bildirir.

Aksiyaçılar Çinə ekstradisiya ilə bağlı qanunun parlamentdən geri götürülməsini, demokratik islahatlar keçirilməsini, Honkonq administrasiyasının rəhbəri Kerri Lamın istefasını tələb edirlər.

İyulun əvvəlində K. Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan etməsinə baxmayaraq, aksiyaçıların qanun layihəsinin parlamentdən təcili geri götürülməsi barədə tələbini yerinə yetirməyib. Davam edən aksiyalar zaman-zaman zorakılıq müstəvisinə də keçir.

Qeyd edək ki, muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli sayılanları və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə muxtariyyət hökumətini "bir ölkə, iki sistem" prinsipini pozmaqda ittiham edir.

Tarix
2019.07.21 / 23:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avropada müsəlmanlara şok təhdid: İbadət zamanı öldürün!

Niderlanda etiraz: Biletlərin bahalaşdırılmasını tələb etdilər

Türkman liderdən kütləvi aksiyalara reaksiya

Türkiyədən ABŞ-a "Patriot"la bağlı sorğu

Merkeldən SOS: Təcili xaricdən işçilər tapmalıyıq!

Atom buzqıran gəmisi Arktikada sınaqdan keçirildi

İranla Ərəbistan barışa bilər... - Xanın planı

Gürcüstan polisi bu ölkələrdə 12 xüsusi əməliyyat keçirdi

Türkiyənin sərhədini böyüdən razılaşma TBMM-də

Bu sammitdə önəmli heç nə olmadı - Peskov

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla