Yuxarı

Britaniya rus və çinlilərə niyə "qızıl viza" paylayır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Çin milyarderləri hələ də Böyük Britaniyanın zənginlər üçün müəyyən etdiyi sxemdəki boşluqlardan yararlanaraq həmin ölkənin vətəndaşlığını ala bilirlər.

Musavat.com xəbər verir ki, bu barədə “Sandey Tayms” və “Dispatches Channel 4” saytlarının araşdırmasında deyilir.

Təhqiqat zamanı məlum olub ki, Böyük Britaniyada viza siyasətinə cavabdeh olan Daxili İşlər Nazirliyi “qızıl viza” sxemi üzrə 2 milyon dollar sərmayə qoyub, sonradan vətəndaşlıq almaq istəyən əcnəbiləri yalnız səthi olaraq yoxlayır.

Jurnalistlər bunun üçün xarici milyonçu müştərilərinə “qızıl viza” təmin etməklə öyünən hüquqi və fiziki şəxslərin danışdıqlarını videogörüntüyə almağa müvəffəq olublar. Həmin varlılar isə ən çox Vladimir Putinin ətrafındakı şəxslərin və Çinin yüksək rütbəli hərbçilərinin yaxınları olublar.

Bundan başqa, bəhs edilən şirkət nümayəndələri Liviyanın mərhum lideri Muəmmər Qəzzafinin oğluna, Tailandın korrupsiyaya bulaşmış nazirinin övadına, ökəsində korrupsiya cinayətinə görə təqib edilən bir misirliyə, Anqolada hərbçilərlə qaranlıq əlaqələrdə şübhəli bilinən eritreyalı mafioza, biznesləri sanksiyalardan zərər görən İran və İraq milyarderlərinə həmin xidməti göstərdiklərini deyiblər.

Onların sözlərinə görə, Daxili İşlər Nazirliyinin antikorrupsiya yoxlamalarını aşmaq olduqca asandır. Ona görə ki, orda oturan dövlət məmurları ali məktəbləri yeni bitirən təcrübəsiz işçilərdir. Hər hansı şəxslə bağlı yoxlama aparmaq istədikdə isə məmurlar sadəcə Quql axtarış saytından istifadə edirlərmiş.

Kraliçanın təbəəsi olmaq istəyənlər üçün 2 milyon dollarlıq sərmayə qoyuluşunu tələb edən sxemdən isə 2008-ci ildən bu yana 11500 adam yararlanıb.

Özü də digər ölkələrdən fərqli olaraq, Böyük Britaniyada 2 milyon funt qoymuş şəxs daimi yaşayış icazəsi aldıqdan sonra həmin pulu geri çəkə bilir.

Tarix
2019.07.22 / 00:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla