Yuxarı

Talibanın bazasına bombalar yağdı: ölənlər var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Talibanın bazasına bombalar yağdı: ölənlər var

Əfqanıstanın Loqar əyalətində Taliban silahlılarının bazasına endirilən hava zərbələri nəticəsində səkkiz dinc sakinin, o cümlədən qadın və uşaqların həlak olduğu bildirilir.

Axar.az xəbər verir ki, əyalət polisinin sözçüsü Şahpur Əhmədzai bildirib ki, ABŞ-ın hava qüvvələri Bəraki Bərat rayonunda iyulun 22-nə keçən gecə Talibanın yerüstü hədəflərini bombalayıb. Onun sözlərinə görə, ən azı səkkiz dinc sakin ölüb, ərazidə olan silahlıların itkiləri barədə isə məlumat yoxdur. Əyalətin "Tolo Nyus" nəşrinin xəbərində isə Əfqanıstan paytaxtından 100 kilometrlik məsafədə yerləşən bu rayona hava zərbələri endirilməsi təsdiqlənib.

Qeyd olunur ki, ABŞ-ın vasitəçiliyi ilə Talibanla hökumət rəsmiləri arasında aparılan danışıqlardan sonra ölkədə tərəflər arasında döyüşlər daha da şiddətlənib və itkilərin sayı artıb. Yerli mənbələr bildirirlər ki, iyulun ilk ongünlüyündə dinc əhali arasında ölənlərin sayı 100 nəfərdən çoxdur. Əyalət parlamentinin üzvü Cavid Mücədedi bildirib ki, hazırda Taliban Bədəxşan əyalətinin mineral ehtiyatları ilə zəngin olan Kəran və Məncan rayonunu ələ keçirməyə çalışır. Burada yerləşən lazurit mədənləri uğrunda döyüşlər gedir. Hər iki tərəfdən ağır itkilərin olduğu bildirilir.

Tarix
2019.07.22 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla