Yuxarı

Afrika ölkəsində çaxnaşma: 25 nəfər öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Afrika ölkəsində çaxnaşma: 25 nəfər öldü

Efiopiyanın cənubunda polislə etirazçılar arasında baş vermiş toqquşmada ən azı 25 nəfər ölüb.

Axar.az BBC-yə istinadən xəbər verir ki, polis Sidama bölgəsində etiraz aksiyası keçirən insanlara atəş açıb. Aksiyada eyni adlı etnik qrup ölkənin daxilində onlara federal status verilməsini tələb edib. Etirazçılar bu məsələ ilə əlaqədar referendum keçiriləcəyinə dair hökumətin vədinin yerinə yetirilmədiyini bildiriblər.

Efiopiyanın qeyri-hökumət təşkilatları və müxalifət qrupları ölənlərin sayının daha çox – 60 nəfər olduğunu bildirirlər. Lakin rəsmi mənbələr bunu təkzib edir və Havassa şəhərində cəmi dörd nəfərin öldüyünü, 26 adamın isə yaralandığını qeyd edirlər.

Qeyd edilir ki, Sidama Efiopiyanın beşinci etnik qrupudur və ölkə əhalisinin cəmi 4 faizini təşkil edir. Qalan dörd etnik qrup etnik zəmində formalaşmış federal sistemin tərkibinə daxildir.

Tarix
2019.07.23 / 01:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla