Yuxarı

Kliçko meydan oxudu: Məni vəzifədən çıxartsalar...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kliçko meydan oxudu: Məni vəzifədən çıxartsalar...

Əgər məni Kiyev meri vəzifəsindən azad etsələr, avropalı tərəfdaşlarımıza müraciət edəcəyəm.

Axar.az xəbər verir ki, bunu “RBK Ukrayna”ya müsahibəsində Kiyev meri Vitali Kliçko deyib.

“Mən məhkəmə instansiyalarına, avropalı tərəfdaşlarımıza müraciət edəcəyəm. Əgər biz demokratik dövlət qurmaq istəyiriksə, vətəndaşların fikirlərinə laqeyd qalmağımız doğru deyil”, – deyə o bildirib.

Kliçko Trampın vəkili Rudolf Culiani ilə özünə dəstəkçi axtardığı üçün yox, Ukraynaya tərəfdaş lazım olduğu üçün görüşdüyünü bildirib:

“Mənə dəstək lazım deyil, tərəfdaş lazımdır. Tərəfdaşlarımızın dəstəyi olmadan Ukrayna bu gün mövcud olmazdı. Biz Rusiya imperiyasının tərkib hissəsi idik və bu, heç kimə sirr deyil”.

Qeyd edək ki, Kiyev şəhərinin meri seçki ilə seçilir və onun vəzifədən çıxarılması mümkün deyil. Kiyev meri yalnız təzyiqlərlə istefa ərizəsi yaza və yaxud hansısa cinayət işinə cəlb edildiyi halda vəzifə səlahiyyətlərinə xitam verilə bilər.

Ukrayna Prezident Administrasiyasının isə Kliçkonu vəzifəsindən azad etmək planı olduğu haqqında məlumat yayılmışdı.

Tarix
2019.08.02 / 11:40
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla