Yuxarı

Şeyx Şamilə görə çeçenlər məhv olub - Kadırov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şeyx Şamilə görə çeçenlərin sayı iki dəfə azalıb.

Axar.az xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov deyib.

“1840-cı ildə Dağıstan imamı Şamil özünün 400 nəfərlik dəstəsi ilə Çeçenistana gəldi. Martın 8-də Urus-Martanda o özünü Çeçenistan və Dağıstanın imamı elan etdi. Bu andan başlayaraq 20 il ərzində Çeçenistanda bir neçə dəfə yandırılmayan kənd qalmadı, əhali dağlara çəkilməyə məcbur oldu, qocalar, uşaqlar, qadınlar aclıqdan və soyuqdan öldülər. Şeyx Şamil Rusiya ilə sülhdən danışan istənilən çeçenin edamı əmrini vermişdi. Onlar yaşayış məntəqələrini yandırıb, əhalinin Rusiyaya qarşı müharibə aparmasıyla bağlı onları Qurana and içməyə məcbur edirdilər. 1859-cu ildə Şamil Vedenodan Qunibə gəldi. 4 ay sonra avqustun 26-da imam Rusiyaya təslim oldu. Şamilin Çeçenistanda olduğu dönəm ərzində əhalinin sayı iki dəfə, kişilərin sayı isə 70% azaldı. Biz Şamilin xatirəsinə hörmət edirik, amma bilmək istəyirik ki, o, niyə Rusiya ilə 19 il savaşıb, Çeçenistan xalqını məhvə məhkum edib, amma Dağıstana gələn kimi dvoryana çevrilib?” – deyə o bildirib.

Qeyd edək ki, Şeyx Şamil Şimali Qafqazda Rusiya çarlığına qarşı mübarizənin lideri olub. 1834-1859-cu illərdə apardığı mübarizə zamanı Şamil Rusiyaya bir sıra ağır zərbələr endirərək, bölgənin mövcudluğunu qoruyub saxlaya bilib. Şamil 1859-cu ildə Rusiyaya təslim olub və Şimali Qafqazdan sürgün edilib. 1871-ci ildə Mədinədə həcc ziyarəti zamanı vəfat edib.

Tarix
2019.08.07 / 17:59
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla