Yuxarı

Kəskin hava İsveçrədə problemlər yaratdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftənin əvvəlindən İsveçrədə hökm sürən dəyişkən hava şəraiti bir sıra problemlər yaradıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bazar ertəsi şiddətli yağışlardan sonra İsveçrə səmalarında, xüsusən də ölkənin şimal bölgələrində şiddətli göy gurultuları ilə müşayiət olunan fırtınalar başlayıb. Bir neçə saat ərzində fırtına Solothurn və Konstanz Gölü kantonları arasındakı ərazilərə, o cümlədən Berner Oberlanda və ölkənin mərkəzinə yayılıb.

SRF Meteoroloji Xidmətinin məlumatına görə, bu günə qədər 16 min 500-dən artıq şimşək çaxması qeydə alınıb.

Sürix Hava Limanına ildırım düşməsi təhlükəsi səbəbindən bir çox reyslərdə gecikmələr baş verib. Avqustun 6-da isə saat 19:00-20:00 aralığında təyyarələr ümumiyyətlə havaya qalxmayıb. Təhlükəsizlik məqsədilə hava limanında işçi heyətdən heç kimin açıq havada qalmasına və təyyarələri hazırlamasına icazə verilməyib.

Hava şəraiti ilə əlaqədar, həmçinin Beznau AES-in 1 bloku bağlanıb. Güman edilir ki, gecə saatlarında 220 kilovoltluq toplayıcı elektrik stansiyanın sıradan çıxmasına məhz ildırım vurması səbəb olub. Hazırda vəziyyət sabitdir, reaktor yenidən işə salınıb.

"Meteo News" və "SRF" meteoroloji xidmətlərinin proqnozlarına görə, dolu, leysan yağışları və fırtına ilə müşayiət olunan hava həftə ərzində davam edəcək.

Tarix
2019.08.07 / 23:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla