Yuxarı

Soylu zəlzələ nəticəsində dəyən ziyanı açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.08.08 - 14:27

Egey dənizinin Türkiyə sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yerli vaxtla 11.39-da qeydə alınan yeraltı təkanların ocağının 18,47 kilometr dərinlikdə olduğunu bildirib.

Yeraltı təkanlar ölkənin İzmir şəhərinin Səfərihisar rayonundan 11,85 kilometr, Quş adasından isə 8,19 kilometr uzaqlıqda baş verib.

Dağıntı və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.

Yaşayış ərazilərində hiss olunan zəlzələ əhali arası da təşvişə səbəb olub.

***

Türkiyənin Dənizli bölgəsində şiddətli zəlzələ baş verib.

Zəlzələ Dənizli ilə yanaşı Antalya, Burdur və İspartada da hiss edilib.

Türkiyənin Fövqəladə Hallar Qurumu (AFAD) zəlzələnin 6, Qəndilli rəsədxanası isə 6,5 bal gücündə hiss olunduğunu yazıb.

***

Zəlzələ nəticəsində ölənlərin olmadığı bildirilir. Bir neçə yaralı var.

Qeyd edək ki, dünən də Türkiyənin İzmir şəhərində 3,2 bal gücündə zəlzələ baş vermişdi.

Bir neçə saniyə davam edən təkanlar əhalinin təşvişinə səbəb olmuşdu.

***

Türkiyənin Egey bölgəsində 4 saat ərzində 1,1-6 bal arasında 56 yeraltı təkan qeydə alınıb.

Ən böyük yeraltı təkanlar yerli vaxtla 14:19-da və 14:25-də 4,2 və 6 bal gücündə Dənizli şəhərinin Bozqurd rayonunda meydana gəlib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən verilən məlumata görə, yeraltı təkanların ocağı 7,09 kilometr dərinlikdədir.

Zəlzələ baş verən bölgələrdən ümumilikdə 23 nəfər xəstəxanalara müraciət edib. Yerli əhaliyə evlərinə girməmələri barədə xəbərdarlıq edilib.

İlkin məlumata görə, Bozqurd rayonunda iki ev dağılıb, ona yaxın binanın ağır, bölgədəki digər köhnə tikililərin isə qismən zərər gördüyü bildirilir. Rayonun icra hakimiyyəti binası da zərər gördüyü üçün tamamilə boşaldılıb.

Yeraltı təkanlar ölkənin Antalya, Muğla, İsparta və Burdur şəhərlərində də hiss edilib.

Zəlzələdən sonra bölgədə torpaq sürüşməsi baş verib.

***

Zəlzələ nəticəsində 390-dan artıq evə ziyan dəyib. Xəstəxanaya yerləşdirilən 78 nəfər artıq evə buraxılıb, 3 nəfərin isə müalicəsi davam etdirilir.

Bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu Dənizlidəki zəlzələdən danışarkən bildirib.

"Hal-hazırda tələb olunan 400-ə yaxın çadırın 80 faizi quruldu və hələ də işlər davam etdirilir. Vətəndaşlara dəyən zərər hesablanır", - Soylu deyib.

Tarix
2019.08.09 / 01:30
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla