Yuxarı

Sensasiya: Türkiyə Batumi sərhədinə ordu yığmışdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:35

2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsi zamanı Fransa Prezidenti Nikola Sarkozi özünü kloun kimi aparırdı.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Sarkozi amerikalıların rolunu azaltmağa cəhd edirdi. Amerikalılar istəmirdi ki, müharibənin qarşısının alınması və Rusiya ilə danışıqlar missiyasını məhz o icra etsin. Sarkozi faktiki olaraq amerikalıları diplomatik prosesdən uzaqlaşdıraraq, ikili oyun oynadı. Gəlin belə deyək, bu missiyanın müsbət tərəfi Rusiyanın üzərinə qoşunların çıxarılmasına dair öhdəliyin qoyulması idi, lakin digər tərəfdən bu missiyanın mənfi nəticələri də oldu. Belə ki o, amerikalıları buradan ayrı tuta bildi, Rusiyaya təhlükəsizlik zonası verdi. Sarkozinin davranışının ən pis hissəsi o idi ki, fransız lider bir neçə il sonra bağlanan razılaşmanı unutdu. O, bu razılaşmanı Rusiyadan alacağı “Mistral”lara dəyişdi”, - Saakaşvili bildirib.

O, həmçinin Almaniyanı da mövqeyinə görə tənqid edərək, məhz Berlinin avqust müharibəsi dönəmində ruslara azad hərəkət etmək imkanı verdiyini deyib.

Saakaşvili Rusiyanın avqust müharibəsi zamanı Batumini ilhaq etməməsinə əsas səbəb kimi isə Türkiyəni göstərib:

“Hələ heç kim Rusiyanın Gürcüstanı tam işğala başlayacağı zaman necə hərəkət edəcəyini, Ərdoğanın planının nə olduğunu bilmir, amma o zaman Türkiyə ordusu sərhədə toplanmışdı. Məhz bu səbəbə görə Rusiya Batumini işğala cəhd etmədi”.

Tarix
2019.08.09 / 12:45
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla