Yuxarı

Çinə qarşı aksiya səngimir: Polis işə qarışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Honkonq xüsusi inzibati bölgəsində polis qanunsuz keçirilən aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb. Bildirilir ki, ekstradisiya haqqında qanuna təklif olunan düzəlişlərə etiraz edən aksiya iştirakçıları Tayvay rayonunda barrikadalar quraraq yollarda nəqliyyatın hərəkətinin dayanmasına səbəb olublar. Etirazçıların həftə sonuna planlaşdırdıqları dörd aksiyanın polis tərəfindən qadağan olunmasına baxmayaraq, yüzlərlə honkonqlu aksiyaya qoşulub. Aksiya iştirakçıları polisin dağılışmaq barədə bir neçə xəbərdarlığına məhəl qoymayıb. Nəticədə polis gözyaşardıcı qazlardan istifadə edib.

Aksiya iştirakçıları Honkonq ərazisində olan və cinayət törətməkdə şübhəli bilinən şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinin materik hissəsinə və ekstradisiyaya dair sazişin olmadığı ölkələrə göndərilməsini nəzərdə tutan qanun layihəsinin ləğvini, habelə aksiyaların zorla dağıdılmasında iştirak edən hüquq mühafizə orqanlarının əməkdaşlarının cəzalandırılmasını tələb edirlər.

Etiraz aksiyasına əks olaraq “Polisə dəstək günü” adlı tədbir keçirilib.

Tarix
2019.08.10 / 21:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla