Yuxarı

Sisi Osmanlı-Misir razılaşmasını pozur: İsraillə birlikdə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir hökuməti ötən ay Cənubi Sinay yarımadasında yerləşən Talabin kəndindəki bədəvi evlərini yerlə-yeksan edib.

Axar.az xəbər verir ki, bu barədə "Midl İst Monitor" nəşrində Amelia Smitin imzası ilə məqalə dərc edilib.

Məqalədə bədəvilərə siyasi təzyiq edildiyi və bunun sistematik formada olduğunu bildirilib.

Qeyd edilir ki, bədəvilərə təzyiq Əbdülfəttah Sisinin prezident olmasından sonra daha da şiddətli xarakter alıb. Bölgədəki mülklərlə bağlı məhdudiyyətlər tətbiq edilib. Yarımadadakı şirkətlərə bu ilin sentyabr ayına qədər vaxt verilib. Əgər bölgədəki şirkətlər yarımadanı tərk etməsə, bu, işğal hesab ediləcək.

Yarımadadakı misirlilərə toxunulmayacaq. Bədəvilərin vətəndaşlığı olmadığı üçün onların haradan gəldiyini təsdiqləmək mümkünsüz görünür. Bu səbəbdən Talabində olduğu kimi, digər kəndləri də eyni tale gözləyir.

Qahirənin bu siyasəti Osmanlı-Misir razılaşmasına ziddir

1906-cı ildə Misirlə Osmanlı arasında əldə edilən razılaşmanın 8-ci maddəsinə əsasən, sözügedən bölgədə hər iki tərəfdə yaşayan ərəblər suyu, tarlaları, torpaq üzərindəki mülkiyyəti əldə saxlamalı idilər. Bundan başqa, Qahirənin bu siyasəti Yerli və Qəbilə haqqında imzalanan Konvensiyanı da pozur.

Məqalədə qeyd edilir ki, Misir hökuməti hər zaman bədəvilərin sədaqətinə şübhə edib. Bu şübhə ilə Misir ordusunun əməliyyatının başlanmasının ilk 3 ayı ərzində 3 min ev yerlə-yeksan edilib. Misir ordusuna İsrailin də yardım etdiyi vurğulanıb.

1979-cu ildə İsrail-Misir arasında əldə edilən razılaşmaya görə də Sinay yarımadası əslində silahsızlaşdırılmış və ordunun məhdud sayda saxlanılacağı bölgə olmalı idi. Ancaq hazırda hər yerdə Misir ordusu qərarlaşıb.

Tarix
2019.08.14 / 08:30
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla