Yuxarı

Honqkonqda etiraz dalğası: Uçuşlar dayandırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Honqkonqda etiraz dalğası: Uçuşlar dayandırıldı

Çinin Honkonq xüsusi inzibati bölgəsindəki beynəlxalq hava limanında yerli vaxtla saat 16:30-dan sonra bütün uçuşlar təxirə salınıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, buna səbəb Honkonqda davam edən etiraz aksiyalarıdır. Belə ki, etirazçıların ən çox toplaşdığı məkanlardan biri məhz beynəlxalq hava limanıdır. Eyni hal avqustun 12-də də baş vermişdi.

Honkonq beynəlxalq hava limanının rəsmi internet səhifəsində uçuşların təxirə salınması barədə elan yerləşdirilib və bütün sərnişinlərə aeroport terminallarını tərk etmək tövsiyə olunub. Avqustun 13-nə nəzərdə tutulan təxminən 370 reysin təxirə salınması on minlərlə sərnişinin çarəsiz vəziyyətə düşməsinə səbəb olub.

Ötən il 74,7 milyon sərnişinə xidmət göstərmiş Honkonq beynəlxalq hava limanı dünyanın ən işgüzar aeroportlarından biri olmaqla yanaşı, şəhərin dünyaya açılan əsas qapısıdır.

Qeyd edək ki, son aylar Honkonqda ekstradiya haqqında qanuna təklif olunan düzəlişə etiraz olaraq aksiyalar keçirilir. Honkonq hökumətinin icazəsi olmadan keçirilən aksiyaların gedişində dəfələrlə polis ilə etirazçılar arasında qarşıdurma yaranıb, xəsarət alanlar olub. Polis qanunsuz aksiyaları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur qalıb.

Tarix
2019.08.14 / 00:02
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla