Yuxarı

İran-Azərbaycan əlaqələri qardaşlığa əsaslanır - Vaezi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ilə Azərbaycanın əlaqələri səmimi dostluğa və qardaşlığa əsaslanır.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib.

O bildirib ki, qarşılıqlı iqtisadi əlaqələr inkişaf etməkdədir. Hər iki ölkənin prezidentinin nümayiş etdirdiyi siyasi iradə bu gün fayda verir. İran ilə Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında mühüm rol oynayırlar. Bu dəhlizin dəmir yolları İran və Azərbaycandan keçərək Avropaya qədər uzanacaq. Hazırda dəhlizin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Rəşt-Astara (İran)-Astara (Azərbaycan) hissəsində isə inşaat işləri davam edir. Bu yol istifadəyə verildikdən sonra iki qonşu və dost dövlətlər arasında iqtisadiyyat, ticarət, mədəniyyət, turizm sahələrindəki əməkdaşlıq əlaqələri daha da genişlənəcək. Bu beynəlxalq nəqliyyat layihəsindən təkcə İran ilə Azərbaycan deyil, bölgənin digər dövlətləri də faydalanacaqlar.

Mahmud Vaezi diqqətə çatdırıb ki, hər iki ölkənin prezidenti arasında dostluq münasibəti var və bu dövlətlərarası əlaqələrə də müsbət təsir göstərir. Azərbaycan İranın önəm verdiyi qonşu dövlətdir.

Tarix
2019.08.15 / 23:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla