Yuxarı

Danimarkadan Trampa sərt cavab: Qrenlandiyanı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, bu gün “Vol Strit Jurnal” qəzetində ABŞ-ın Qrenlandiya adasını Danimarkadan satın almaq niyyəti barədə məlumat yayılıb.

Axar.az Musavat.com-a istinadla bildirir ki, bununla bağlı gedən informasiyalara artıq Kopenhagendən reaksiyalar, özü də olduqca sərt formada gəlməyə başlayıb.

Danimarka parlamentini deputatları bu cür təkliflərin ən az yersiz olduğunu qeyd ediblər. Müxalifətdəki milli-mühafizəkar Xalq Partiyası fraksiyasının üzvü Syoren Yespersen Donald Trampın dəli olduğunu söyləyib. O, Danimarkanın torpağını və üzərində yaşayan 50 min vətəndaşını ABŞ-a satmaq fikrinin sərsəmlik olduğunu bildirib.

Ölkənin keçmiş baş naziri Lars Lekke Rasmussen özünün Tvitterdəki mikrobloqunda ABŞ prezidentinin arzusunu acı istehza ilə tənqid edib: “Bu, deyəsən 1 aprel zarafatına oxşayır. Lakin bayırda hələ avqustdur”.

Keçmiş xarici işlər naziri Martin Lideqaard XXI əsrdə torpaq satmaq barədə düşüncənin belə mümkün olmadığını qeyd edib:

“Özü də həmin ərazilərdə öz vətəndaşların yaşayırsa...”

“Biz canlı insanlardan danışırıq. Siz Qrenlandiyanın müstəmləkə dövründəki kimi satılmasından danışa bilməzsiniz”, - deyə keçmiş nazir hiddətlə bildirib.

Tarix
2019.08.16 / 22:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla