Yuxarı

Qitənin cənubundan şimalına 12 günə getdi - Rekord

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyalı ekstremal idmançı Volfqanq Faşinq Avropanın ən ucqar cənub nöqtəsindən şimalınadək məsafəni velosipedlə rekord müddətə qət edib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Cəbəllüttariqdən yola çıxan idmançı 12 gün 20 saat 47 dəqiqə ərzində Norveçin şimalındakı Nordkapp kommunasına qədər olan 5656 kilometr məsafəyə yürüşü uğurla başa vurub. Bununla da o, 1998-ci ildə Frans Kasererin rekordunu (13 gün 20 saat) böyük fərqlə yeniləyib. İdmançı bu müddət ərzində cəmi 18 saat yatıb.

V.Faşinqin komandasından bildirilib ki, o, qəza nəticəsində 17 saat fasilə verməyə məcbur olmasaydı, bu məsafəni daha qısa vaxtda başa vura bilərdi.

Mental məşqçi olan 52 yaşlı V.Faşinq indiyədək ABŞ, Rusiya və Avstraliyanın ən ucqar nöqtələri arasında məsafələri velosipedlə rekord müddətdə qət edib. O, 1997-ci və 1998-ci illərdə 24 saatlıq qaçış üzrə dünya çempionu adını qazanıb, 2001-ci və 2009-cu illər arasında isə “Yeddi zirvə”ni (hər materikin ən yüksək nöqtəsini) fəth edib.

Tarix
2019.08.17 / 01:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla