Yuxarı

Gürcüstanda baş nazir dəyişir? - Baxtadze

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda baş nazir dəyişir? - Baxtadze

Gürcü Arzusu Partiyası parlamentdə özünün yenilənmiş seçkiqabağı proqramını təqdim edəcək və bu proqramda yer alan tələblər hökumətin yeni tərkibinin formalaşmasına yardım edəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Baş naziri Mamuka Baxtadze deyib.

“Biz parlamentdə yenilənmiş proqramı təqdim edəcəyik. Komandanın tərkibi bu proqramdan asılı olacaq. Biz nəticəyə fokuslanmışıq”, - deyə o bildirib.

Bununla belə Baxtadze hər nə olursa olsun, Gürcü Arzusunun üzvü olaraq qalacağını deyib.

Qeyd edək ki, bundan öncə “Pirveli” televiziyası yaxın zamanlarda Baş nazir Baxtadzenin istefaya gedəcəyi, onu Daxili İşlər naziri Georgi Qaxariyanın əvəzləyəcəyi barədə məlumat yayıb. Məlumatda Qaxariyanın yerinə keçmiş baş nazir İrakli Qaribaşvilinin gətiriləcəyi, Baxtadzenin isə beynəlxalq təşkilatlardan birində çalışacağı vurğulanıb.

Tarix
2019.08.17 / 15:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla